Sunday, April 18, 2021

mübahisə

 Məncə... müzakirənin 3-4 məqsədi olmalı, 1i xüsusilə olmamalıdır. 1 qarşıdan nəsə öyrənmək 2 qarşıdakına öyrətmək, fikrini dəyişdirmək. müzakirə etmək özü düşünməkdir. səsli, yazılı arqumentasiya ən yaxşı düşünmə metodudur. ona görə, bir şeyi öyrədəndə (bax müəllimlik) insan daha çox şey öyrənir. 3 müzakirə ictimai xarakter daşıyırsa propaqanda dəyəri var, burada auditoriyanın gözündə debatı udmaq məqsədi güdür.

olmamalı olan isə, qarşıdakını alçatmaq, neprav çıxarmaq, özünü göstərmək, eqo tətmini. məhsuldar deyil. heç nə qazanmır insan. yaradıcı əməklə eqonu tətmin etmək varkən, həmsöhbətini əzməkdən ləzzət almaq psixoloji problemlərdən, minimum başqa şeyin ağrısını burda çıxarmaqdan xəbər verir.

mübahisə ilə müzakirə arasındakı fərqə gəldikdə isə, qızğın müzakirələr ilə mübahisə arasında sərhəd çox da qalın deyil. ona görə, təhqirə keçmədən (ki, təhqirlə tənqidin arası da elə açıq deyil) həqiqəti axtarmaqdırsa məqsəd, bir az davaya razı olmaq lazımdır.

No comments: