
Azərbaycan dilində doğru adı Avroviziya olan ama insanların Eurovision şəklində istifadə etməyi tərcih etdiyi yarışda bu il, 2008də Azərbaycan 8nci oldu. Avropada bir çox insan bəlkə də ilk dəfə duydular Azərbaycan adını. Yaxşı bəs indi nə düşünürlər bu ölkə haqqında? O musiqi ilə necə bir ölkə oluduğunu, necə bir mədəniyyət olduğunu təsəvvür edirlər sizcə? Cavab belədir: Özünün çox bir dəmdəsgahlı müsiqi gələnəyi olmadığı üçün Batı musiqisindən toplamağa çalışdığı şeylərlə özünə bir tərz quraşdırmağa çalışan musiqi, mədəniyyət.
Onun üçün Azərbaycan bu yarışda ilk dəfə qatılıb 8nci olduğu üçün qürur duymaqdan çox uzağam. Mahnın ilk duyduğumda istəmsiz reaksiyam üzümü turşutmaq oldu. Mənim musiqi zövqümə heç cür xitab etməyən bir mahnıdır Day after day. Təbii ki, bu zövq kimi subyektiv səbəbdən ötürü deyil narazılığım. O səhnədə Azərbaycan bir kültür olaraq təmsil olunur, olunmalıdır. Sizcə bu mahnının sözlərinin, melodiyasının, dekorasiyasının harası Azərbaycanı təmsil edir? Güya əsər muğam ladında imiş. Musiqişunas deyiləm, onun üçün elə bir dərin analiz eləməyə qadir deyiləm. Ancaq sıravi bir dinləyici olaraq orada muğam adına heç bir şey eşitmirəm mən. Avroviziyadaki o göstəriyi Azərbaycanı təmsil etdiyini bilmədən baxan Azərbaycan musiqisindən, mədəniyyətindən xəbəri olan heç kim o göstərinin Azərbaycana aid olduğunu təxmini apara bilməz.
Avropalılara xoş görsənmək üçün, sadəcə üçüncülük beşincilik almaq naminə min cür hoqqabazlıqdan çıxıb Azərbaycanla əlaqəsi olmayan səfeh şeyləri oraya çıxarmaq Azərbaycan kültürünə heç bir xeyir verdiyini düşünmürəm. Öz kültüründən qaynaqlanmayan, vüsət almayan heç nə o kültürü təmsil etmir. Azərbaycan musiqisi bügünkü pop musiqisi kirliliyinə belə baxmayaraq yenə də avrovizyadaki mahnıdan milyonlarca qat irəlidədir.
Digər bir tərəfdən, Avroviziya onsuz da səfeh və keyfiyyətsiz pop musiqisi ilə doludur. Birinci olan Rusiyanın mahnısını heç bir dəfə axıracan dinləmə hövsələsi göstərə bilmədim. Mor və ötəsinin yeddinci olan "Dəli" mahnısı bir çoxundan gözəl və anlamlı mahnıdı. Türkiyəni təmsil edir mi? Heç cür etmir. İllər öncə 1997də Türkiyəyə üçüncülük gətirən Şəbnəm Pakerin Dinlə çox gözəl edir misal olaraq. Orada saz var, ney var, darbuka var, doğu musiqisi var. Amma "Mor və ötəsi"nin tərzi elə çaldıqları musiqidir. Avroviziyada bir yerlər tutmaq naminə öz tərzlərindən vaz cayıb dimstak pop müsiqisi ifa eləmədikləri üçün də alqışlayıram onları.
2 comments:
Yine çok yerinde tespitler...
Hakikaten Şebnem Paker'in Dinle'si bizim kültürümüze ait izleri daha çok taşıyan bir parçaydı.
Sanırım tüm Türklerin gönlünde "Eurvision"a katılan şarkılarımız içinde bir numaradır.
Ben bu güzel şarkıyı dinlemeyeli epey olmuş, hatırlattığın iyi oldu. Tekrar tekrar dinliyorum şimdi :)
Mor ve Ötesi'nin parçası hakkında da çok haklısın. Tam kendi tarzlarında bir parça yapmışlar. Sözlerinin Türkçe olması ve tarzlarından vazgeçmemiş olmaları dolayısı ile alkışı hak ediyorlar.
7. olmalarına üzüldüm ben de...
Hocam bir yıl geçti aradan ve Azerbaycan bu sefer daha iyi bir derece elde etti "Avroviziya"da. Bu yılki yarışmayı izledin mi? Şarkı yine İngilizceydi yanılmıyorsam. Bu yıl nasıl buldun Azerbaycan'ı?
Post a Comment