Thursday, March 15, 2007

"Vikipedi" 50 000 məqaləni keçdi

Anadolu türkçəsində olan vikipediya bu yaxınlarda 50 000 məqaləni keçib. Türk demişkən darısı azərbaycan vikisinin başına. Bu dəqiqə azərbaycan-viki 5 min qüsür məqalədədir. azərbaycanlılarla türkiyə türklərinin dünyadaki sayısını və internet istifadə edebilmə fürsətlərini diqqətə alsaq bu çox da pis olmayan rəqəmdir azərbaycan üçün. Ancaq ruslar demişkən не количество а качество, belə ki az-vikidə ixtiyari səhifə bağlantısına on dəfə vurulduğunda təxminən 3-4ü avtomatik yaradılmış xronoloji illər məqalələrinə gəlib çıxır ki, bunların çoxu boşdu. Yəni efektif məqalə sayısı əslində 7000dir. Yenə de pis deyil. Azərbaycan vikisi 5-10 qoçaq oğlanın (qızlara ras gəlməmişəm) çiynində yüksəlir. Alqış olsun bu Azərbaycan oğullarına.

az.wikipedia.org